Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyanın Amur vilayətində Robinson R-66 helikopteri qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində pilot və üç sərnişin olub.

Faktla bağlı cinayət işi açılıb, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.