Baş katib: Ermənistan bütün öhdəlikləri ilə KTMT-nin müttəfiqi olaraq qalır

Ermənistan bütün öhdəlikləri ilə KTMT-nin müttəfiqi olaraq qalır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Təşkilatın baş katibi İmanqali Tasmaqanbetov bildirib.
O qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsi bu ölkənin suveren hüququdur.
Baş katib vurğulayıb ki, KTMT Ermənistanın təşkilatdakı statusunu rəsmən aydınlaşdıracağına ümid edir.