Rusiya XİN: Regional məsələlər yalnız region ölkələrinin iştirakı ilə həll edilməlidir

"Hesab edirik ki, regional məsələlərin yalnız region ölkələrinin iştirakı ilə həlli üstünlük təşkil etməlidir".
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktoru Mixail Kaluqin deyib:

"Şimal-Cənub nəqliyyat dəhlizi həm region, həm də Rusiya-Azərbaycan münasibətləri baxımından bayraqdar layihədir. Son iki ildə bu layihə özünün xüsusilə də Azərbaycan və Rusiyadan keçməklə İranın cənubuna istiqamətlənən hissəsi ilə aktiv fazaya qədəm qoyub. Bu dəhliz Rusiyanın həm şimal, həm də Arktik və Cənub dənizlərini birləşdirəcək. Hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizinin ətrafında həm azərbaycanlı, həm də iranlı tərəfdaşlarımızla "Şimal-Cənub nəqliyyat dəhlizi"nin inkişafı məqsədilə sıx dialoq həyata keçirilir. Hesab edirik ki, regional məsələlərin yalnız region ölkələrinin iştirakı ilə həlli üstünlük təşkil etməlidir. Hesab edirik ki, tətbiq olunan "3+3" platforması mövcud problemlərin həlli üçün əlverişli vasitədir".