Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

Ermənistan səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

APA "Times of Isreal"ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirlyi məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyi Ermənistanın Fələstin dövlətini tanımasını elan etməsindən sonra Ermənistan səfirini “sərt töhmət” üçün çağırıb.