İsraildən Ukrayna vətəndaşlarına məhdudiyyət

İsrail Ukrayna vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dən İsrailə vizasız girişi olan ölkələrin (onların arasında Ukrayna da var) vətəndaşları ölkədə 90 günə qədər qalmaq üçün ETA-IL icazəsi üçün müraciət etməlidirlər.