Çinin cənubunda daşqınlarda ölənlərin sayı 47-yə çatıb

Çinin Quandun əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayının 47-yə yüksəldiyi açıqlanıb. Sonqyuen çayını dolduran leysan yağışlar yüzlərlə körpünün uçmasına səbəb olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Quanqdonq əyalətinin Meycou əyalətində Sonqyuen çayının daşması nəticəsində Pingyüen rayonunda 38 nəfər ölüb.

Meyşian rayonunda 4 nəfərin, Ciaolinq rayonunda isə 5 nəfərin öldüyü daha əvvəl açıqlanmışdı.

Həftə ərzində yağan güclü yağış, sel və torpaq sürüşməsi rayonda böyük maddi ziyana səbəb olub.

Sonqyuen çayı boyunca yüzlərlə körpü dağıdılıb, 365 kilometr yol zədələnib, hektarlarla kənd təsərrüfatı sahəsi su altında qalıb.

Ötən həftə Çinin cənubundakı Fucien və Guicou əyalətləri və Quangxi Cuang Muxtar bölgəsi də güclü yağışların yaratdığı daşqınlarla üzləşib.


Milli Meteorologiya Mərkəzi həmçinin ölkənin cənubunda Quicou, daxili bölgələrdə Hinan və Anhui və şərqdə Cianqsu əyaləti üçün güclü yağış və daşqın xəbərdarlığı edib.