Kreml: Rusiya ABŞ-nin seçki proseslərinə müdaxilə etmək niyyətində deyil

Rusiya Federasiyası ABŞ-nin seçki proseslərinə heç vaxt müdaxilə etməyib və indi də müdaxilə etmək niyyətində deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ-nin seçki debatlarının Rusiya gündəmi ilə heç bir əlaqəsi yoxdur.

Peskov Kremlin ABŞ-da seçki debatları zamanı verilən bəyanatlarla tanış olacağını da söyləyib.

Kremlin sözçüsü Fransada seçki kampaniyasında danışıb, qeyd edib ki, Fransadakı seçki kampaniyasıın nəticəsi Moskvanı maraqlandırır, lakin bu, Parisin daxili işidir.