Bayden ABŞ-də keçiriləcək NATO sammitində Zelenski və Starmerlə görüşəcək


ABŞ Prezidenti Co Bayden ABŞ-də NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın yeni Baş naziri Key Starmerlə görüşlər keçirəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə məlumat yayıb.

Kirbi qeyd edib ki, bu, Baydenin Starmerlə ilk görüşü olacaq.