Hizbullah İsraili reaktiv sistemlərlə atəşə tutdu

Hizbullah birləşmələri Livanın cənubundan İsrail hərbçilərinin Qolan yüksəkliklərindəki mövqelərinə raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Bildirilib ki, əraziyə çoxsaylı reaktiv raket sistemlərindən 30-dan çox mərmi atılıb.

Hizbullah döyüşçüləri Kela Alon bölgəsində İsrailin hava hücumundan müdafiə qərargahına və ordu kazarmalarına hücum ediblər. Şaal qəsəbəsi yaxınlığında da partlayış səsləri eşidilib.

Bundan əlavə, Yuxarı Qalileydə İsrailin Manaradakı hərbi səhra düşərgəsi də atəşə tutulub.