Adada yoxa çıxan turistlər: Kimsə harada olduqlarını bilmir

 İspaniyanın Tenerife adası avropalı turistlərin ən çox səyahət etdiyi yerdir. Lakin son zamanlar bu adada itkin düşənlərin sayı getdikcə artır. 19 yaşlı Jay Slater Tenerifede son 6 ayda itkin düşən 11 nəfərdən biridir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, adada itkin turistlərin sayının getdikcə artmasında səbəb kimi buradakı narkotik maddə ticarəti və narkoticarətlə məşğul olan qruplar arasındakı mübarizə göstərilir. Hər il milyonlarla turist bu adaya istirahətə gəlir. Turistlərin bu bölgəni seçməsi qiymətlərin çox da baha olmamasıyla bağlıdır. Amma ucuz qiymətlər bir çoxlarının həyatına  baha başa gəlir. 19 yaşlıi Jay Slater Tenerifedə keçirdiyi tətil günlərinin birində itkin düşüb. 13 gün axtarılan gəncdən  heç bir iz-soraq tapılmayıb. Gənc sirli bir şəkildə yoxa çıxıb. Yerli polis, axtarış qrupları gənci hər addımda axtarıb, amma axtarışlar nəticəsiz qalıb. Onun barəsində ən son məlumat Masca vadisində olduğuna dair alınıb, lakin gəncin orada da olmadığı müəyyənləşib. Ailəsi isə gəncin itkin düşməsində adadakı gecə həyatından şübhələnir. Bu isə adadakı nə ilk, nə də sonuncu itkinlikdir. Tenerife adası turistlərin sirli yoxa çıxması hadisələriylə məşhurdur. Bir neçə il adada meksikalı qadın - 27 yaşlı Mariel Gonzalez Gutierrez iki yaşlı oğlu Sebastian Cobos Gonzalezin Tenerifedə itdiyini bildirmişdi. Belaruslu bir qadın da oğlunun 27 martda adada itkin düşdüyünü bildirib. 28 yaşlı Nataliya oğlunun şəkillərini sosial şəbəkədə də paylaşıb. İspaniya polisi axtarışda olan Laura adlı  qadını başına torba keçirilmiş, əli, qolu kəsilmiş halda sahildə tapıb. Qadının axşam saatlarında yoqa məşğələsinə getdiyi müəyyənləşib. İrlandlyalı, 28 yaşlı futbolcu Ryan Cooney isə ötən ilin noyabr ayında Tenerifedə tətil zamanı soyğunçuların hücumuna məruz qalıb, bundan sonra isə ondan heç bir xəbər alınmayıb. Adada hər il turistlər itkin düşür, yoxa çıxırlar. Yerli polis isə itkinləri tapmaqda çətinlik çəkir. Adada narkoticarətin kökünü kəsmək də mümkün olmur.