ABŞ-da prezidentlərə hücumlar ənənədir – Zaxarova

ABŞ-da siyasi xadimlərə, prezidentlərə və prezidentliyə namizədlərə qarşı sui-qəsd cəhdləri ölkənin daxili siyasi həyatında ənənədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Prezident Baydenin bu gün söylədiklərinə qulaq asın, o deyib ki, prezidentə, prezidentliyə namizədə, ictimai xadimlərə, siyasi xadimlərə hücum kimi təzahürlər ABŞ-ın daxili siyasi həyatının ağrılı təzahürləridir. Amma onun demədiyini qeyd etmək istəyirəm. Bayden deməliydi ki, bu, təkcə ABŞ-ın daxili siyasi həyatının ağrılı təzahürü deyil, həm də ənənədir”, - Zaxarova bildirib.

Qeyd edək ki, Pensilvaniya ştatında ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb və o, xəsarət alıb.