Maskdan Trampa  sui-qəsd cəhdinə reaksiya: "Dəmir adamı zireh hazırlamağın vaxtıdır"

Tesla-nın baş direktoru Elon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra Dəmir Adam tipli “metal zireh” istehsal edə biləcəyini təklif edib.

"Bəlkə də bu uçan metal zirehləri yaratmağın vaxtıdır" -  Mask sosial media platforması X-də ondan təhlükəsizliyini artırmağı xahiş edən istifadəçiyə cavab olaraq deyib.

Sherg.az xəbər verir ki, bəzi X istifadəçiləri, Trampın 2024-cü il prezidentliyə namizədliyini dəstəklədiyini elan etdikdən sonra Maskdan təhlükəsizliyini gücləndirməsini istəyib.

Mask, "Bizi təhlükəli zamanlar gözləyir" deyərək, son 8 ayda iki nəfərin "ayrı-ayrı hadisələr"lə həyatına son qoymağa cəhd edildiyini söyləyib.

"Onlar Teslanın Texasdakı qərargahından təxminən 20 dəqiqəlik məsafədə həbs olundular" deyərək multimilyonçu heç bir təfərrüat paylaşmayıb.

Mask  bildirib ki, Trampı tam dəstəkləyir və onun tezliklə sağalmasını arzulayır.

"Bloomberg News"-a görə, Mask həmçinin Trampın seçilməsi üçün çalışan siyasi fəaliyyət komitəsi olan "America PAC"-a açıqlanmayan bir məbləğ bağışlayıb.