Havada fırtına zamanıdır
21:08 16.07.2024
Gündəm
412
Yay aylarında günortadan sonra və xüsusilə də gecə saatlarına təyyarə reysinə bilet almaq məsləhət deyil
Hobbisi sərnişin təyyarələri və təyyarə ilə səyahət olan insan üçün saatlarla hava limanında növbə gözləmək qədər məşəqqətli hal yəqin ki, yoxdur. Kris Biançi də sərnişin təyyarəsi tutqunudur: “Yerdə duran bir “737”nin, 5 dəqiqə sonra havada saatda 850 kilometr sürətlə hərəkət etməyə başlaması mənim üçün əsl möcüzədir. Hər dəfə səyahət zamanı təyyarənin qalxma və enişini heyrətlə seyr edirəm. Bu, əla görüntdür”, deyən Kris növbəti səyahəti zamanı saatlarla hava limanında gözləməli olub və bunun səbəbini öyrəndikdə təəccüb və heyrətini gizlətməyib. “Sherg.az“ “tr.mashable.com”a istinadən bildirir ki, Kris həmin anları Tiktokda paylaşdıqdan sonra "AccuWeather"dən meteoroloq Alyssa Glenny kritik məqamlar haqqında məlumat verib. Meteoroloq bildirib ki, ABŞ-də yay aylarında günortadan sonra və xüsusilə də gecə saatlarına təyyarə reysinə bilet almaq məsləhət deyil. Təyyarə ilə səyahət etməyi düşünürsünüzsə, bunu günün erkən saatlarında, sübh zamanı reallaşdırmağa çalışın. Çünki şimal yarımkürəsində yay aylarında günortadan sonra və axşam saatlarında hava şəraitindən dolayı uçuşlarda gecikmələr çox olur. Günün bu vaxtları havada fırtına zamanıdır. Fırtınanın əmələ gəlməsinə nəmişlik - rütubət, havanın tez-tez dəyişməsi səbəb olur. Yay aylarında havada tarazılıq pozulur, atmosferin bəlli qatlarındakı istilik və ya nəm səbəbindən hava istiqamətini dəyişdirir, isti hava getdikcə yüksəlir. Havadakı su buxarı da yüksəldikcə soyuyur və buludları əmələ gətirir. Buludlar da getdikcə sıxlaşır. Nəticədə göydə gurultulu fırtına qopur. Səhər saatlarında isə hava daha sakitdir. Fırtınanın başlaması üçün şəraitin yetişməsi bəlli bir zaman alır. Ona görə də səyahət edənlər təyyarə biletlərini səhərin erkən saatlarındakı reyslərə alsalar, uçuşun vaxtında başlayacağına, gecikmə olmayacağına ümid edə bilər. ABŞ-də iyun ayından sonra qasırğalar dövrü başlayır. Səyahətə çıxanlar bunu nəzərə alsalar yaxşıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə