Tramp: Baydenin yanlış siyasəti Ukrayna müharibəsinin qarşısını ala bilmədi

"Co Baydenin yanlış siyasəti və Ukraynanın NATO-ya üzv olacağı barədə fikirləri müharibənin qarşısını ala bilmədi".

APA-nın xəbərinə görə, bunu ABŞ-nin 45-ci prezidenti Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib.

O deyib ki, Ağ Evin rəhbəri olduğu dövrdə Rusiya prezidentini dəfələrlə Ukraynaya hücum planından çəkindirməyə çalışıb.

Hakimiyyət olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu xatırladan D. Tramp bildirib ki, prezident seçildikdən sonra Rusiya-Ukrayna hərbi qarşıdurmasını dayandıra biləcək.