Latviyada nüvə silahının yerləşdirilməsinə dair petisiya başladılıb

Latviyada hökumətin təşəbbüsü ilə ölkə ərazisində nüvə silahının yerləşdirilməsi təklifinə ictimai rəyi öyrənmək üçün onlayn petisiya başladıb.

APA-nın “Baltnews” portalına istinadən xəbərinə görə, hələlik sözü gedən təşəbbüs tələb olunan 10 min imzadan 66-nı toplaya bilib.

Petisiya haqqında məlumat bölümündə qeyd edilib ki, artıq ABŞ nüvə silahlarını Belçika, Almaniya, İtaliya, Niderland, o cümlədən hərbi bazasının olduğu ölkələrin ərazisində yerləşdirib.

Bu amili nəzərə alaraq, müəlliflər Latviya Seymini NATO çərçivəsindəki tərəfdaşlarla analoji arsenalın ölkəyə gətirilməsi barədə müzakirələr aparmağa çağırıb. Bildirilib ki, atılacaq bu addım ölkənin təhlükəsizliyini daha etibarlı təmin etməklə yanaşı, Latviyaya xaricdən investisiyaların da cəlbinə gətirib-çıxaracaq.