Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı şikayəti icraata götürməyib.

Sherg.az Report-a istinadən xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.

Qeyd edək ki, Ə.Kərimli barəsində bir neçə gün əvvəl sabiq partiya üzvü Aydın Sədədqulu oğlu Əliyev məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.

A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.