Rusiya və Belarus birgə hərbi təlimlərə başlayır

Belarusun raket və artilleriya qoşunlarına aid hərbi texnika birgə təlimlərdə iştirak üçün Rusiyaya göndərilib.

APA-nın xəbərinə görə, bu barədə Belarus Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təlimlər zamanı döyüş şəraitində raket komplekslərindən, eləcə də reaktiv yaylım atəş sistemlərindən hədəfin vurulması kimi tapşırıqlar icra olunacaq.