İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir

Amerikalı milyarder İlon Mask ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampın administrasiyasına qoşulmağa hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə İ.Mask “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

"Mən xidmət etməyə hazıram", - paylaşımda qeyd edilib.

O, paylaşımına "İdarəetmənin Effektivliyi Departamentinin" (DOGE) rəhbəri kimi göründüyü neyron şəbəkəsi tərəfindən yaradılan şəkli əlavə edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp İlon Maska administrasiyasında vəzifə təklif etməyi planlaşdırdığını bildirərək, sahibkarın prezidentin müşaviri vəzifəsini tuta və ya kabinet üzvü ola biləcəyini qeyd edib.