Ermənistanın başqa alternativi yoxdur - Rusiya

KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır. KTMT və Rusiyadan başqa Ermənistan üçün sabitliyin alternativ təminatçısı yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikayıl Ağasandyan deyib.

“Ermənistanın KTMT-nin ümumi işində iştirakına gəlincə, indi İrəvanda üstünlük təşkil edən xətt belə qarşılıqlı fəaliyyətdən uzaqlaşmaqdır. Lakin belə mövqe Ermənistan xalqının maraqlarına ziddir və milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir”, - Ağasandyan bildirib.