Sabah hava necə olacaq? - PROQNOZ

Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Sherg.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti olacaq.