Azərbaycanda bəzi özəl uşaq bağçalarının ödənişi çox yüksəkdir. Paytaxtda yerləşən bağçaların aylıq ödənişi 300 manatdan 1200 manata qədər dəyişir.
Ekspertlərin fikrincə, son illərdə qiymət artımı daha çox nəzərə çarpır. Xüsusilə, əlavə xidmətlər təklif edən bağçalarda aylıq ödəniş 1 000 manatdan çoxdur.
Maraqlıdır, indiki dövrdə özəl baxçalarda ödə işlərin yüksək məbləğdə olmasına səbəb nədir?
Məsələni dəyərləndirən ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a deyib ki, Baxçaların ödənişinin yüksək məbləğdə olması imkanı zəif valideynlərdə xüsusi narahatçılıq yaradır:
''Artıq dövlət baxçalarında yer yoxdur. Bu səbəbdən də bəzi işbazlar peyda olub. Beləki onlar yerlərin əvvəlcədən bronlandığını elan edirlər. Ona görə də valideynlər yaşadıqları əraziyə yaxın özəl baxçalara müraciət etmək məcburiyyətində qalıelar. Bu məsələ ilə bağlı da dövlət müəyyən planlar hazırlayıb. Məsələn, Elm və Təhsil Nazirliyi uşaq baxçaları üçün tenderler elan edib və yalnız qalib olan baxçalara valideynlər müraciət edə biləcəklər. Uşaq baxçalarında ödənişlərin sürətlə artmasına səbəb həmin müəsisələrdə uşağa nəzarət edilməsinin uzunmüddətli olmasıdır. Yəni, səhər saat 9 dan 6-ya qədər dövlət müəsisələri fəaliyyət göstərir. Özəl müəsisələrdə isə bu vaxt axşam saat 10-dək uzadıla bilir. Bu da əlavə işçi qüvvəsinin saxlanması və qidanın artması deməkdir. Ona görə də özəl baxçalarda qiymətlər 1200 manata qədər dəyişir. Əlavə olaraq günümüzdə valideynlərin iş qrafiki ağır olsa da övladlarını baxçalara qoymaq kimi bir imkanları olmur. Onun üçün də dövlət bu istiqamətdə xüsusi plan hazırlayaraq baxçaların sayını artırmalıdır. Əhalinin sıx yerləşdiyi yerlərdə baxçalara müraciətlərin sayı kifayət qədərdir. Bəzi baxçalarda növbəyə yazılanların sayı minlərlədir".