Adı Hadisə ilə hallanırdı! Okan Buruk keçmiş həyat yoldaşını qucaqladı


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk və Nihan Akkuşun 17 illik evliliyi bu yaxınlarda bitib. Burukun adı Hadisə ilə eşq dedi-qodularında hallanırdı. Bu iddialardan sonra məşqçi keçmiş həyat yoldaşı Nihan Akkuşun ad günündə görüntülənib.


 
Sherg.az xəbər verir ki, Hadisə ilə yadda qalan Okan Buruk keçmiş həyat yoldaşı Nihan Akkuşu qucaqlayaraq bayram edib.
Okan Buruk və həyat yoldaşı Nihan Akkuş 2007-ci ildə ailə qurub, 2009-cu ildə Ali Yiğit adını qoyduqları oğulları dünyaya gələrək ata-ana olmaq xoşbəxtliyini yaşayıblar.

Şəxsi həyatlarını kameralardan uzaq yaşamağa üstünlük verən məşhur cütlük ötən fevral ayında evliliklərini təəccüblü şəkildə bitiriblər.

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun müğənni Hadisə ilə yeni eşq macərasına başladığı iddia edilib. İkilinin bu yaxınlarda qatıldıqları məclisdə təkbətək söhbət etdiyi və bunun sevgi xəbərlərinin yayılmasına səbəb olduğu deyilirdi.

Gündəmdə olan 'əlaqə' iddialarından sonra Buruk və Hadisənin bir yerdə olmadığı, sadəcə söhbət etdikləri deyildi; Müğənninin əsl sevgilisinin əcnəbi rejissor olduğu haqda xəbərlər yayılıb.

Okan Buruk bir müddət əvvəl 17 illik keçmiş həyat yoldaşı Nihan Akkuşun ad gününə qatılıb. Keçmiş həyat yoldaşlarının qucaqlaşması diqqətdən qaçmayıb.

6 ay əvvəl boşanan cütlüyün yenidən evlənəcəyi iddia edilib. Buruk və Akkuş məsələ ilə bağlı rəsmi açıqlama verməyib.