Yasamalda partlayan su borusu sakinləri çıxılmaz vəziyyətdə qoyub -VİDEO

Bakıda Yasamal rayonu, Xiyabani, 14 ünvanında su borusunun partlaması sakinləri çıxılmaz vəziyyətdə qoyub.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlayan bina sakini bildirib ki, həyətdə keçilməz vəziyyət yaranıb. Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yasamal rayonunda, Xiyabani 14 ünvanında su borusunda baş verən qəza nəticəsində yaranan vəziyyət.

#suborusu #qəza

🔗 Son xəbərlər Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM



"Dəfələrlə qaynar xəttə zəng etsək də, cavab verən yoxdur. Bütün həyət bu vəziyyətdədir. Nə blokdan çıxmaq olur, nə geri qayıtmaq. Gətirib bir lövhə qoyub çıxıb gediblər", - deyə şikayətdə qeyd olunub.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yeni Yasamal 1, ev 13 ünvanında su borusunda qəza baş verib.

"Dünən Yasamal Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası həmin əraziyə cəlb edilərək xəttin birləşmə yerindən axan suyun qarşısını almaq üçün təmir işlərinə başlanılıb. Bu gün səhər saatlarından etibarən qəza briqadası təmir-bərpa işlərini davam etdirir".