Lukaşenko: Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində Ermənistanın apardığı xarici siyasi kursa toxunub.

APA-nın məlumatına görə, o bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir.

“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”, - Lukaşenko deyib.