ATƏT sədri Maltanın Leyboristlər Partiyasında da post tutmaq istəyir

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borq (Ian Borg) Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsi uğrunda gələn ay keçiriləcək seçkilərdə iştirak edəcək.

"Reoirt" xəbər verir ki, bu barədə Malta XİN başçısı "X"də yazıb.

"Bir çox dairələrdən gələn zəngləri nəzərdən keçirdikdən, eləcə də deputat yoldaşlar və partiya nümayəndələri ilə məsləhətləşdikdən sonra mən gələn ay keçiriləcək Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsinə seçkilərdə iştirak etmək qərarına gəldim", - o qeyd edib.

After considering calls from many quarters and consulting with fellow MPs and Party delegates, I have decided to run in next month's election for @PL_Malta Deputy Leader for Parliamentary Affairs. pic.twitter.com/nNA6NBYvV4
— Ian Borg (@MinisterIanBorg) August 21, 2024