Maştağadakı mağazalardan birində yanğın olub

Sabunçu rayonunda mağazada yanğın olub.
APA xəbər verir ki, hadisə Maştağada yerləşən meyvə-tərəvəz mağazasında qeydə alınıb.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş aparılır.