Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı iş vaxtı ölüb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.
Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.

Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.

İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.