Atasının soyadını rəsmən sildi

18 yaşı tamam olan kimi məhkəməyə müraciət etdi!

Bir zamanlar dünyanın ən məşhur cütlüyü olan Ancelina Coli ilə Bred Pitt arasında 2005-ci ildə başlayan sevgi macərası 2016-cı ildə qalmaqallı hadisələrlə bitib.
Sherg.az xəbər verir ki, Coli iddia edib ki, Pitt uçuş zamanı ona və uşaqlarından birinə qarşı zorakılıq edib.

Maddox, Pax, Zahara, Shiloh, Knox və Vivienne adlı altı övladı olan Ancelina Coli-Brad Pitt cütlüyünün mübahisəli boşanmaları yekunlaşa bilmədiyi üçün məhkəmə tərəfindən rəsmi olaraq subay elan olunublar.

“Ancelinanın övladlığa götürdüyü qızı Zahara atasının Pitt soyadını istifadə etməyi dayandırıb. Keçən il universitetə ​​başlayan Zahara özünü təqdim edib: "Mənim adım Zahara Marley Coliedir. Mən Los-Ancelesdən, Kaliforniyadan gəlirəm" deyib.

Əvvəlki aylarda ikilinin bioloji qızlarından olan 15 yaşlı Vivyenin də atasının Pitt soyadını istifadə etməkdən vaz keçdiyi məlum olmuşdu. Xəbərə görə; 48 yaşlı anası Ancelina Colinin prodüseri olduğu 'The Outsiders' adlı musiqi albomunda Vivyenin adının Vivyen Coli kimi yazıldığı öyrənilib.

Bred Pittə daha bir zərbə onun digər bioloji qızı Şilodan gəlib. İyun ayında 18 yaşı tamam olan Şiloh Coli-Pitt atasının soyadının qanuni olaraq silinməsi üçün məhkəməyə müraciət edib.

Avqustun 19-na təxirə salınan Şilonun iddiasına nəhayət ki, baxılıb və yekunlaşıb. "People" jurnalının xəbərinə görə, məşhur cütlüyün qızı bundan sonra atasının Pitt soyadından istifadə etməyəcək. Gənc qızın adı rəsmi olaraq Şilo Nouvel Colidir.

Bred Pittə yaxın mənbələr isə belə məlumat yayıb: "Bred çox əsəbidir, çünki Şilo soyadının silinməsini istəyir. Şilo doğulanda o, həyatında heç bu qədər xoşbəxt olmamışdı. O, həmişə bir qız istəyirdi. Təbii ki, Bred üçün onun itirdiyini bilmək asan deyil. Övladlarını sevir və onlar üçün darıxır".