Hakan Fidan və Blinken HAMAS-İsrail danışıqlarındakı son vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli məlumat verib.

O bildirib ki, qarşı tərəfin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı HAMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki vəziyyət müzakirə edilib.