SEPAH-ın bazasında partlayış: ölü və yaralılar var

SEPAH-ın İsfahandakı bazalarından birində partlayış baş verib.

Axar.az xəbər verir ki, məlumatı İran mediası yayıb.

Məlumata görə, “Sahib əz-Zaman” hərbi bazasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilib.