NATO sərhədlərimizdə qüvvələrini artırır - KTMT

NATO şərqdən gələn qondarma təhlükədən qorunmaq bəhanəsi ilə KTMT-nin qərb sərhədlərində öz qüvvələrini gücləndirir. Təhlükə bəhanəsi ilə Ukraynanın maliyyə və silahlarla təchiz edilməsi, eləcə də Polşa və Baltikyanı ölkələrin hərbiləşdirilməsi davam edir.
Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
“Kollektiv Qərbin yeni gərginlik ocaqları yaratmaqla öz dominantlığını saxlamaq cəhdləri nəticəsində dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək”, - Serdyukov bildirib.