Meymun hücumu: Evdən qaçaraq gənc qızı dişlədi- FOTOLAR 


Türkiyənin Çorum bölgəsində evdən qaçan meymun işə getmək üçün yolu keçən gənc qıza hücum edib. Meymunun dizindən dişləməsi nəticəsində yaralanan Buse E.S. adlı gənc xəstəxanaya aparılıb. Bələdiyyə qrupları qaçan meymunu axtarır.

Sherg.az xəbər verir ki, Buharaevler rayonu Buharaevler 3-cü küçəsində yerləşən evdən qaçan meymun işə getmək üçün yolu keçən 19 yaşlı Buse E.S-ə hücum edib.


 
Xəbər üzərinə sağlamlıq vəzifəliləri və Çorum Bələdiyyəsi Baytar İşləri Müdirliyi qrupları prospektə sövq edildi.


Yarası sarğı olan gənc qız müalicəsinin ardından evə buraxılıb.

 
Ərazidən uzaqlaşan meymunu tutmaq üçün Baytarlıq İşləri Müdirliyi qrupları tərəfindən əməliyyat başladılıb.