PKK-nın qırmızı kateqoriyada axtarışda olan məsul şəxsi zərərsizləşdirilib

PKK-nın “Amed əyaləti” üzrə məsul şəxsi, qırmızı kateqoriyada axtarışda olan "Hebun Piro Amed" ləqəbli Zırav Taş zərərsizləşdirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Qeyd olunub ki, bundan əlavə boz kateqoriyasında axtarışda olan "Botan" ləqəbli Fehmi Başkurt da zərərsizləşdirilib.