Qarabağ Universiteti tələbələrinin Xankəndiyə gəliş prosesi artıq başlayıb.
Bu barədə APA-ya Qarabağ Universitetindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 16-da Universitet tələbələrinin işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.
"Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub. Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə 22 sentyabr tarixinədək davam edəcək", - deyə məlumatda qeyd edilib.