Ötən gün Göyçay şəhərində intihar hadisəsi baş verib. Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı Pünhan Hacıyevin meyiti səhər saatlarında asılı vəziyyətdə yaşadığı evin qonşuluğunda ailəsinə məxsus digər evdə tapılıb.Mərhumun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib. İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir.O, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini bitirib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, insanlar son zamanlar əziyyət çəkmədən asan qazanc yeri axtarırlar:
''Lakin biri müəyyən yüksək vəzifədə işləyəndə hər kəs onun haqqında aqressiv fikirlər söyləyir. Hətta, həmin adamı başqasının hesabına irəlilədiyini iddia edənlər də olur. Qeyd edim ki, sosial şəbəkələrdə tanınmışlar ən xoş günlərini izləyiciləri ilə bölüşürlər. Heç kəs əziyyət çəkdiyini, nələrlə mübarizə apardığını paylaşmır. Artıq istirahətə getdikdə belə, anın dadını çıxarda bilmirik. Həmin dəqiqə foto çədirərək paylaşım edirik ki, qohum və tanışlarımız bizi görsünlər. İnsanların isə pula olan hərisliyi, ətrafındakıları lüks həyat yaşadığını görüb şirnikləndiyinin şahidi oluruq. Hazırda imtahanlar təşkil edilərək işə qəbul prossesi həyata keçirilir. Buna baxmayaraq, vətəndaşlar mərc oyunları vasitəsi ilə pul qazanmağa üstünlük verirlər. Bizim sektorda da eyni hal yaşanır. Falçılara olan təlabat psixoloqlarla müqayisədə olduqca çoxdur. Ona görə də falçı adıyla fəaliyyət göstərənlərin sayı durmadan artır. Eynilə mərc oyunlarına da maraq bu cürdür. Bununla insanlar əllərində olan pulu da itirirlər. Halbuki həmin vəsaiti sərmayə qoyub iş qurmaq olardı''.
Ekspert qeyd edib ki, belə oyunlara aludəçilik uşaq vaxtlarında yaranan travmalarla bağlıdır:
''Uşaqların bir çoxunda özgüvən əksikliyi var. Ona görə də övladlarımıza daim sən bacarıqlı və ağıllısan deməliyik. Cəmiyyətdə oxumadan böyük nailiyyətlər qazanan insanlar var. Demək ki,oxumaq hər şeyi həll etmir. Keçmişdə valideynlər təhsil almasa belə, övladlarını bacarıqlı, ağıllı böyüdürdülər. Ancaq indiki analar uşaqlarını lüks həyatla təmin etsələr də düzgün tərbiyyə verə bilmirlər".