Rusiyanın iki vilayətinə PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Bryansk və Kursk vilayətləri üzərində Ukraynanın 16 ədəd PUA-sını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Ukraynanın Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus 15 ədəd PUA Bryansk vilayəti, biri isə Kursk vilayəti ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda deyilib.