Ermənistanın Tavuş vilayətində erməni hərbçisinin meyiti tapılıb.
APA xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı məlumatı təsdiqləyib.
Nazirliyin məlumatına görə söhbət Ararat rayonunun 19 yaşlı sakini Narek Qriqoryandan gedir.
Ermənistan mətbuatı isə hərbçinin asılmış vəziyyətdə tapıldığını yazıb.