Hakan Fidan: "Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur"

"Suriyanın İdlib və Hələb əyalətlərində milli ordu ilə müxalif qüvvələr arasında gedən döyüşlərlə Türkiyənin heç bir əlaqəsi yoxdur".

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

Hakan Fidan əlavə edib ki, Türkiyə terrorçuların Suriya ərazisində öz dövlətlərini yaratmasına imkan verməyəcək.