Qırğızıstan-Tacikistan Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası Komissiya sərhədboyu xətlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb.
APA-nın yerli “kyrtag.kg” portalına istinadən xəbərinə görə, bu barədə komissiyanın Qırğızıstanın Batken şəhərində keçirilən bugünkü iclasında məlumat verilib.
Görüş zamanı Qırğızıstanın baş nazirinin müavini Kamçibek Taşiyev və Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Saymumin Yatimov işçi qruplarına yekun razılaşmanın mətninin hazırlanması ilə bağlı göstəriş veriblər.