Türkiyə və Ukrayna XİN rəhbərləri görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə, Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.