İsrail Ermənistana gedən vətəndaşları üçün səyahət xəbərdarlığının səviyyəsini yüksəldib

İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib.
APA İsrail mediasına istinadən xəbər verir ki, Maldiv adaları və Ermənistana səyahət xəbərdarlığının səviyyəsi yüksəldilib, Braziliya ilə bağlı xəbərdarlığın səviyyəsi isə azaldılıb.

Məlumatda deyilir ki, Ermənistana səyahət xəbərdarlığı “İsrail vətəndaşları, yəhudilər üçün terrorçu elementlərin təhlükəsi fonunda” 1-ci səviyyədən 2-ci səviyyəyə qaldırılıb.

Səyahət xəbərdarlığı ilə bağlı “Səviyyə 2” səfər edənlərə ehtiyatlı olmağı tövsiyə edir, bu, ölkəni tamamilə tərk etmək çağırışı kimi qiymətləndirilmir.