Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, onun ölkəsi heç olmasa hökumət başçısı vəzifəsində olduğu müddətdə Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulmasını dəstəkləmək niyyətində deyil.
Oxu.Az "Folha de S.Paulo" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Braziliyada səfərdə olan Robert Fitso jurnalistlərə açıqlamasında söyləyib.
"Mən baş nazir olduğum müddətdə heç vaxt Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyəm", - deyə siyasətçi qeyd edib.