Fitso Ukraynanı ciddi münaqişə ilə HƏDƏLƏDİ

Ukrayna Slovakiya üçün nəzərdə tutulan qazın öz ərazisindən Avropaya tranzitinə icazə verməsə, ciddi münaqişə ilə üzləşəcək.

Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso Feysbuk səhifəsində yazıb.

“Slovakiya Ukraynaya yardım edir və Kiyevin Bratislava ilə bağlı eyni münasibətinə ümid edir. Bu, yalnız birtərəfli hərəkət olmamalıdır. Niyə ora yalnız bizdən nəsə getməlidir? Niyə bizə qarşı bir növ həmrəylik ola bilməz?”, - Fitso bildirib.