Erməni KİV-ləri sanki Rusiyanın nəbzini yoxlamaq üçün eyni sualları səsləndirir -Politoloq

Xatırladığım, anladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır. Siz Qarabağda Azərbaycan bayrağının dalğalanması ilə gördüyüm qədər razılaşırsınız.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bir vaxtlar Rusiyanın bayrağının dalğalandığı Suriya və Qarabağda indi Türkiyə bayrağının dalğalanması ilə bağlı sualı cavablandırarkən deyib.
“Mən Rusiyanın deyil, Ermənistan rəhbərliyinin bu məsələyə münasibətini səsləndirmişəm. Mən Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi kimi tanıması qərarını söyləmişəm”, - Zaxarova qeyd edib.

Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, Mariya Zaxarovanın mətbuat konfranslarında daim erməni nümayəndələrinin provokasiya xarakterli sualları səslənir:

"Erməni KİV-ləri sanki Rusiyanın nəbzini yoxlamaq, səbrini zorlamaq və rəsmi nümayəndələrin hər hansı yanlışlığa yol aça bilən fikirlərini əllərində rəhbər tutmaq üçün bu cür təxribatlar həyata keçirirlər. Yəni burada həmişə eyni şəxslər müxtəlif interpretasiyada olsa da, təkrar mövzulardan bəhs edirlər. Mariya Zaxarovanın da onlara cavabı təqribən eyni olur. Həmçinin hər zaman Ermənistan rəhbərliyi Qarabağın Azərbaycanın ayrılmaz ərazisi kimi tanınması məsələsi vurğulayır. Müxtəlif müstəvidə hökumət, ölkə rəhbərliyi və digər rəsmilərdən bu cür yanaşma təkrarlanır. Bunu da əsas gətirərək Rusiya erməni KİV-ləri, eləcə də dolayısı ilə erməni rəhbərliyinə söz çatdırmağa çalışır. Erməni media nümayəndələri də Rusiyanı günahlandırmağa qalxanda ortaya fakt qoyurlar ki, elə Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edib. Burada bütün iradlar əslində rəsmi İrəvana yönləndirilməlidir. Yəni Rusiya tərəfi öz arqumentini bu tərz formalaşdırır. Digər tərəfdən erməni müxbirlərin belə davranışı bizim üçün yenilik deyil. Onlar işğal dövründə və ondan sonra da yalnız siyasi sifarişləri yerinə yetirirdilər. Yəni müxtəlif təlimatlar əsasında hazırlanmış suallarla silahlanırlar. O cümlədən Azərbaycan və Rusiya arasında soyuqluq yaratmağa, münasibətləri zədələməyə hesablanmış təxribatları həyata keçirməyə çalışırlar".