Rusiya NATO-nun əməliyyatına cavab verəcək

Rusiya, NATO-nun Baltik dənizində sualtı kommunikasiyalarda patrul əməliyyatına qarşı cavab tədbirləri görəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Belçikadakı səfiri Aleksandr Tokovinin “Rusiya-24” televiziya kanalının efirində bildirib.
“Yanvar ayında Şimali Atlantika Alyansı Baltikdə “Baltic Sentry” adlı əməliyyata başlamaq üçün yeni qərar qəbul etdi. Təbii ki, Rusiya tərəfindən cavab tədbirləri görüləcək”, - deyə diplomat bildirib.