
İranın "şiə qövsi" siyasəti iflasa uğrayıb - POLİTOLOQ
Yusif Nəzərli
23:53 04.03.2025
Region
627
Təəssüflər olsun ki, Tehran hökuməti Fidanın mesajını düzgün dəyərləndirə bilmir
Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini xatırladaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Fidan İranı Suriyada qeyri-sabitlik yaratmaq cəhdlərindən və PKK/YPG-yə dəstəyindən vaz keçməyə çağırmışdı. Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri İran Xarici İşlər Nazirliyinə dəvət edilib. İran XİN sözçüsü İsmayıl Bəqai deyib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər: “Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”. Bəqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir. Bundan sonra İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialar gündəmə gətirilib.
Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, İran Suriyadan qovulandan və eyni zamanda dəstəklədiyi Livandakı Hizbullah terror qruplaşması zəifləyəndən, liderləri məhv ediləndən sonra regionda təsir imkanları azalıb. Ekspert vurğulayıb ki, İranın "şiə qövsi" siyasəti iflasa uğrayıb:

"İranın xərclədiyi milyardlarla dollar vəsait heçə gedib. İndiki vəziyyətdə Tehran hökuməti bu acı reallıqla hələ də barışa bilmir. Suriyaya yenidən geri dönüş və təsir imkanları da mövcud olmadığı üçün orada aranı qarışdırmaq və özünü geosiyasi maraqlarını təmin etmək istəyir. Bunu da birbaşa edə bilmədiyi üçün Suriyada mövcud olan PKK-nın digər qolu olan YPG terrorçuları vasitəsilə reallaşdırmağa çalışır. Bu yöndə terrorçu PKK ilə İran arasında ciddi danışıqlar gedir. Hətta Suriya məsələsində İsraillə İranın maraqları çox təəssüf ki, üst-üstə düşür. Tehran hökuməti İsraillə əməkdaşlıq səbəbi ilə digər dövlətləri suçlayır. Ancaq bu gün İran və İsrail Suriya ilə bağlı eyni siyasəti həyata keçirirlər. Tükiyə XİN başçısı Hakan Fidan 2011-ci ildən üzü bəri, yəni 14 il ərzində milyard dollarlarla vəsaitin boşa getdiyini xatırladıb. Bildirib ki, mənasız xərc əvəzinə, regiona sülhün gəlməsi siyasətinə dəstək vermiş olsaydılar, mənzərə başqa cür olardı".
Analitik diqqətə çatdırıb ki, Bəqainin verdiyi açıqlama həqiqəti əks etdirmir:
"O, İranın milli maraqlarını önə çəkir. İran əhalisi aclıq və səfalət içində yaşayarkən milyardlarla dollar vəsaiti Suriya və Livanda "Hizbullah"a, yaxud HƏMAS-a xərcləməyə nə hacət vardı? Bu gün siyasətdə hər şey nəticə ilə ölçülür. Nəticə sıfırdır. Türkiyənin addımlarının nəticəsi isə odur ki, xalqın əleyhinə olan zalım bir rejim devrilib, xalqın nümayəndələri hakimiyyətə gəlib. Bütün xalq zümrəsini özündə ehtiva edəcək bir keçid hökuməti yaratmaqla Suriyanı yenidən dirçəltmək istəyirlər. Bu, bölgədə sülhün bərqərar olmasının göstəricisidir. Əgər İran həqiqətən də, İsraillə düşmənçilik edirsə, o zaman İsraillə sərhəddə güclü Suriya dövlətinin olması Tehranı sevindirməlidir. Görürsüz, bu məsələdə də ziddiyyət var. Təəssüflər olsun ki, İran hökuməti Fidanın mesajını düzgün dəyərləndirə bilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət