Analitik: Lavrovun dilindən çıxanlar şovinist siyasətin bariz nümunəsidir
11:02 12.03.2025
Region
570
Lavrov NATO-nun müxtəlif bayraqlar altında fəaliyyətini vurğulması Türkiyəni də nəzərdə tutması deməkdir
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Moskva heç bir halda Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsini qəbul etməyəcək.
O, NATO qoşunlarının istənilən formada, o cümlədən sülhməramlı qüvvələr adı altında Ukraynada olmasını Rusiya üçün ciddi təhdid kimi qiymətləndirib.
Lavrov bildirib ki, Rusiya üçün əsas məsələ ərazilər deyil, orada yaşayan insanlardır və məhz onların təhlükəsizliyi prioritet təşkil edir. O, həmçinin qeyd edib ki, 2014-cü ildə ABŞ, Avropa İttifaqı və Kiyev arasında Ukraynanın federallaşdırılması məsələsi ciddi müzakirə olunurdu və o zaman Krım məsələsi artıq həll olunmuş sayılırdı. Lakin Ukraynanın bu razılaşmaları yerinə yetirməməsi nəticəsində daha çox ərazi itirdiyini vurğulayıb.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, Rusiyanın şovinist siyasəti onun sərhədlərinin qurtardığı yeri qonşu dövlətlərin ərazisi saymamasıdır:
“Rusiyanın Qərb sərhədləri Ukrayna, Belarusiya, Litva, Latviya və Estoniya, eyni zamanda Cənub sərhədləri Azərbaycan, Gürcüstan, Ermənistan, Uzaq Şərq sərhədləri isə Monqolustan, Qazaxıstan sayılır. Yəni Rusiya öz sərhədlərinin qurtardığı yeri qəbul etmir və qonşu dövlətlərin torpaqlarını özünə bufer zona hesab edir. Bu isə Lavrovun dilindən çıxan şovinist siyasətin bariz nümunəsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə görüşdüyü zaman türk ordusunun rəsmi Kiyevə göndərilərək orada sülhməramlı kontingent kimi çıxış edə biləcəyini söyləmişdi. Bu isə Rusiya üçün sürpriz qərar olmuşdu. Çünki türk ordusu Avropa yox, NATO ordusu sayılır. Türk ordusu Xaç yürüşünün varislərindən fərqlənir. Lavrovun Avropanın deyil də türk ordusunun Ukraynaya gedəcəyi təqdirdə necə reaksiya verəcəyi sual altındadır. Lavrov bu açıqlaması ilə Rusiyanın şovinist xislətini göstərdiyi kimi Ərdoğanın da Ukraynanın bütünlüyünü qorumasını və türk ordusunun Türkiyə sərhədindən kənarda nüfuzunu vurğulamış oldu. Ona görə də Lavrov NATO-nun müxtəlif bayraqlar altında fəaliyyətini vurğulması Türkiyəni də nəzərdə tutması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət