
İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər: Pekində keçirən görüş həlledici deyil
12:26 14.03.2025
Region
563
İranın nüvə problemi ilə bağlı Pekində keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflər birgə bəyanat yayıb. Bu barədə "Global Times" məlumat yayıb. Bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib.
Çin, Rusiya və İran bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoyulmasının vacibliyini vurğulayıblar. Onlar müvafiq tərəfləri əsas səbəbləri aradan qaldırmağa, sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar.
Qeyd edilib ki, tərəflər qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu bir daha vurğulayıb. Üç ölkə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsinin əhəmiyyətini və onun müddətinin əhəmiyyətini bir daha təsdiqləyib. Müvafiq tərəfləri vəziyyəti gərginləşdirmək üçün addımlar atmaqdan çəkinməyə və diplomatik səylər üçün əlverişli şərait yaratmağa çağırılıb. Tərəflər yaxın məsləhətləşmələri və əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, İranın nüvə proqramı mübahisəli məsələ olaraq qalır:

“Pekində keçirən görüş isə həlledici deyil. Ona görə də həmin görüşün nəticələri də beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli sayılmır. Hesab edirəm ki, üç ölkənin xarici işlər naziri müavinlərinin görüşü daha çox Qərb, xüsusilə də Amerika qarşısında aksiyadır. Çünki ABŞ İranın nüvə proqramıyla bağlı yenidən beynəlxalq ictimaiyyəti fəaliyyət göstərməyə, təzyiqləri artırmağa çağırır. Bundan başqa İsrail və ABŞ bəyan edir ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər, hətta nüvə obyektlərinin vurulmasını da istisna etmirlər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsi isə İranın raket silahı istehsalına məhdudiyyət tətbiq edir. İran hakimiyyəti 2231 saylı Qətnamənin bu məsələylə bağlı müddəasını pozub. Buna görə də Çin-Rusiya-İran diplomatların görüşündə İrana haqq qazandırılması yersiz cəhddən başqa bir şey deyil. Çünki vaxtilə İranın nüvə proqramıyla bağlı BMT TŞ-nın qəbul etdiyi qətnaməyə ABŞ, Fransa, Böyük Britaniyayla yanaşı Rusiya və Çin də müsbət səs verib. Bu müzakirənin sonunda qəbul olunan bəyanatda vurğulanır ki, İran bundan sonra da atom enerjisi üzrə beynəlxalq agentliklə əməkdaşlığı davam etdirsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı