Pavel Durov: "Evə qayıtmaqdan çox məmnunam"

"Telegram" mesencerinin qurucusu Pavel Durov ona qarşı məhkəmə prosesinin davam etdiyi Fransadan Dubaya qayıtdığını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

"Yəqin ki, eşitmisiniz, mən "Telegram"a qarşı qaldırılan cinayət araşdırması ilə əlaqədar bir neçə ay Fransada qaldıqdan sonra Dubaya qayıtdım. Proses davam edir, amma mən evə qayıtmaqdan çox məmnunam", - P.Durov qeyd edib.