CHP-li deputatlar TBMM-də etiraz aksiyası keçiriblər
Yusif Nəzərli
13:53 19.03.2025
Dünya
364
Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Halk Partiyasından (CHP) olan deputatlar etiraz aksiyası keçiriblər.
APA-nın “CNNTürk”ə istinadən verdiyi məlumata görə, CHP-nin parlament qrupunun sədr müavini Əli Mahir Başarır cari məsələlərlə bağlı müzakirələr zamanı çıxış edərək, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib.
"Təəssüflə bildirirəm ki, bu gün səhər saatlarında 20 maşından ibarət polis karvanı İstanbul Böyükşəhər Bələdiyyəsi sədrimizin evinə gəlib. Vəkillərimiz və deputatlar evə girə bilmədi. O dəqiqədən sonra şəhərin Avropa tərəfindəki metrolar ləğv edildi, internet zəiflədi. Bu əməliyyatların bu gün həyata keçirilməsinə təəssüflənirəm”.
Başarır baş verənləri “ dövlət çevrilişi” ilə eyniləşdirib.
Onun çıxışı zamanı CHP-nin digər millət vəkilləri də kürsüyə çıxıb.
CHP-li millət vəkilləri “Ədalət, qanun, haqq”, “Birləşərək qalib gələcəyik” şüarları səsləndiriblər.
DEM Partiyasının millət vəkilləri də ayağa qalxaraq CHP-lilərə dəstək veriblər.
TBMM sədrinin müavini Sırrı Süreyya Öndər iclasa 20 dəqiqəlik fasilə verib. Lakin fasilədən sonra da CHP-nin deputatları tribunanı tərk etmədikləri üçün iclas sabaha qədər təxirə salınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol